Xəbərlər

"Sonsuz dəhliz"in Londonda təqdimatı olub
24 fevral, 2016 14:47
Azərtac-a istinadən xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Böyük Britaniya parlamentinin “Portcullis House” binasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində baş tutan mərasimdə Böyük Britaniya və Azərbaycan ictimai-siyasi xadimləri daxil olmaqla xeyli sayda insan iştirak edib.
 
Tədbirdə çıxış edən AAC-ın direktoru Lionel Zetter təmsil etdiyi qurum haqqında məlumat verib. Filmin əhəmiyyətindən bəhs edən L. Zetter, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması baxımından önəmini vurğulayıb.
 
Britaniya Parlamentinin üzvü Bob Bləkmən qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən 25 ildən artıqdır işğal edilib və təəssüflər olsun ki beynəlxalq qurumlar bu məsləyə lazımı diqqəti göstərmir. Bildirilib ki, “Sonsuz dəhliz” filmində münaqişə haqqında obyektiv məlumat verilir və Azərbaycana qarşı edilən ədalətsizlik lazımı səviyyədə işıqlandırılır. Parlament üzvü təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib.
 
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Tarixə nəzər salan səfir, Dağlıq Qarabağ münaqişəsi zamanı bölgədəki geosiyasi vəziyyət haqqında məlumat verib, problemin yaranmasına təsir edən amilləri təhlil edib. Ölkəmizə qarşı bu amansızlığı törədənlər beynəlxalq hüquq normaları çərçivəsində cəzalarını almadığı müddətdə Azərbaycanın qətiyyətli mövqeyindən dönməyəcəyi vurğulanıb.
 
Filmi yüksək qiymətləndirən T.Tağızadə, münaqişə haqqında ətraflı məlumat almaq istəyənlər üçün əhəmiyyətli ekran əsəri olduğunu bildirib.
 
Sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.
 
Nümayişdən sonra filmin prodüseri Aleksandras Brokas iştirakçıların suallarını cavablandırıb.
 
Xatırladaq ki, “Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Burada Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.