Xəbərlər

Dövlət Baytarlıq Nəzarəti Xidməti: “Quşlar arasında kütləvi tələfat qeydə alınmayıb”
24 fevral, 2016 14:46

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları fevralın 18-dən 20-dək adıçəkilən kənddə və ona qonşu olan Nağıoba və Baraxum kəndlərində, eləcə də Xaçmaz rayonunun digər ərazilərində araşdırmalar aparıblar.

Gün.Az xəbər verir ki, DBNX-nin mətbuata açıqlamasında qeyd olunur ki, aparılan araşdırmalar zamanı ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməyib. 

Yalnız Dədəli kəndində tək-tək halda bir neçə ev quşunun tələf olması müəyyən edilib.

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə olunub. 

Müayinələr zamanı nümunələrdə infeksion xəstəliklərin törədicisi aşkar edilməyib. 

Quşların askaridoz (qurd) xəstəliyindən tələf olması müəyyən olunub.

Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilmiş və xəstəlik qeydə alındığı bildirilən həyət və toyuq hinləri dezinfeksiya edilib. 

Həmçinin Xidmət əməkdaşları kəndlərdə ev quşlarının nyukasl xəstəliyinə qarşı aparılan profilaktik peyvəndləmə işlərinə əməli kömək göstəriblər.

Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilib, əhali arasında maarifləndirmə işi aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. 

Həmçinin tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa, vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət edilsin, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında kəskin yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.