Mehriban Zəkinin çəkildiyi filmin təqdimatı olacaq
23 fevral, 2016 15:16
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş filmin rejissoru İlqar Safatdır.
Gənc qızın Qarabağ müharibəsi veteranı ilə məhəbbətindən bəhs edən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov, Murad Məmmədov və başqaları çəkiliblər.
Filmin nümayişi 19:00-da olacaq.