Xəbərlər

Standartlaşdırma Komitəsi hara baxır, hansı iş görür?
23 fevral, 2016 15:14

Bununla da özləri haqqında “halal olsun, yaxşı işləyirlər” təəssüratı yaratmaq istəyirlər. Amma əslində ortada heç də yaxşı fəaliyyət, “halal olsun” deyiləsi iş yoxdur. Gündə bir standart qəbul edib cəmiyyəti aldatmaqla deyil.

İstehsal müəssisələrindən, ticarət obyektlərində qanunsuzluqlara yeri gələndə göz yumub, sərf etməyəndə də cəzalandırmaqla iş bitmir. Hər gün hansısa məhsulun içindən bir şey çıxdığı haqqında məlumatlar çıxır.

2 gün öncə də Şüvəlanda limonadın içində siçan ölüsünün, portağalın içindən dərman çıxdığı haqqında məlumatlar yayıldı. Bəs görəsən Komitə bunları görürmü? Görürsə niyə reaksiya vermir? Gərək mütləq kimsə zəhərlənib ölsün, sonra hərəkətə keçsinlər?

Məlum məsələdir ki, bu komitə sanitariya stansiyası deyil ki, birbaşa buna cavab versin, amma müəyyən standartlar da var ki, adından göründüyü kimi, həmin komitə buna görə məsuliyyət daşıyır.

Ümumiyyətlə, Komitənin fəaliyyət prinsiplərində bu kimi hallarla mübarizə aparmaq varsa, niyə görə hələ də belə hallarla üzləşməliyik?

Dövlət o boyda Komitəni hər ay boş-boş hesabatlar doldurmaq üçün saxlamır. Dövlət o quruma hər ay ona görə maaş verir ki, öz fəaliyyətlərini düzgün qursunlar. Amma görünür bu cür işləmək onlara sərf etmir.

Bu qurum cəmiyyətə, mətbuata o qədər qapalı qurumdur ki, hansısa bir sorğunun cavabını almaq mümkün deyil. Bəs bu sorğulara cavab vermək üçün yaradılan şöbə, konkret desək mətbuat xidməti hanı? Əgər sorğular cavabsız qalacaqsa niyə o şöbələr yaradılıb və niyə görə həmin şöbələrdə olanlara maaş verilir? Yəqin, ya cavab verməkdən qorxurlar, ya da özlərini əziyyətə salmaq istəmirlər. Əgər mətbuat xidməti elə bilirsə ki, onların işi yalnız pres-reliz hazırlayıb onu media nümayəndələrinə göndərməkdir, çox böyük səhv edirlər və mətbuat xidməti işinin əsaslarını bilmirlər.

Misal üçün deyək ki, 2015-ci ilin noyabr ayından komitənin mətbuat xidmətinə göndərdiyimiz sorğu hələ indiyə qədər cavabsız qalıb. 

Ümumiyyətlə o sorğuya baxıblar ya yox, bunun özü də sual altındadır.

Heç bu yazıda verilən suallara da cavab axtarmırıq. Özlərini əziyyətə salıb cavab verməsinlər. Cavabı məlumdur.

Standartlardan xəbəri olmayan standart təsdiq Komitə. Bu qədər bəsit.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.