Alimlər yuxugörmənin faydasını sübut ediblər
23 fevral, 2016 15:13
AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqat prosesində əldə olunan nəticələr “Headinsider” nəşrində dərc edilib.
Eksperimentdə 35 könüllü iştirak edib. Onlar yatmış vəziyyətdə olan könüllülərin baş beyninin fəallığını öyrəniblər. Əvvəlcə yeni heç nə aşkar olunmayıb. Bütün könüllərin yuxusu dəqiq surətdə dərin və sürətli fazalara ayrılıb. Alimlər adətən insanın yuxu gördüyü sürətli fazaya xüsusi diqqət yetiriblər.
Məlum olub ki, bu qeyri-adi vəziyyət sinir sisteminin normal fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir. Yuxugörmə zamanı beyin məlumatları çeşidləyir, lazımsız və xoşagəlməz xatirələri silərək sakitləşir. Yuxu çox vaxt emosional problemlərin həllinə kömək edir.