Samir Şərifov: “İqtisadi fəallığın zəifləməsini görürük”
23 fevral, 2016 15:12
Bunu maliyyə naziri Samir Şərifov parlamentdə dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı millət vəkillərinin suallarına cavab olaraq bildirib.
Nazir qeyd edib ki, hazırda bundan çıxış yolları axtarılır.
“Manatın məzənnəsinin ucuzlaşması bəzi orqanların gəlirlərini artırıb. Əlavə daxilolmalar əldən etmək imkanlarını yaradır.
Tibbi avadanlıqların və dərman vasitələrinin ƏDV-dən azad olunması məsələsi ilə konkret nəsə deyə bilmərəm. Bu məsələ diqqətimizdədir.
Ancaq bu gün avadanlığı gətirən şikrətlər 7 ilə qədər avadanlıq gətirməklə bağlı rüsumlardan azad edilir, həm də 50 faiz güzəşt edilir. Bu məncə, inqilabi dəyişiklikdir”.