Qüdrət Həsənquliyev: “Regionlarda aeroportlar özəlləşdirilməlidir”
23 fevral, 2016 15:11
O qeyd edib ki, AZAL-la yanaşı, əlavə aviaşirkətlər də yaradılmalıdır.
“Mən o vaxt Lənkəranda aeroport açılanda dedim ki, ondansa orada velosiped zavodu tikilsin. Zaqatalada da həmçinin aeroport açılanda dedim ki ondansa şirniyyat zavodu açılsın.
Sahibkarlarda hələ də əminlik yoxdur ki, növbəti devalvasiya olmayacaq. Çünki manatla kredit verilmir. Dollarla isə almağa risk etmirlər ki, yenidən devalvasiya ola bilər”.
Birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, Azərbaycanda iqtisadi böhran yoxdur, iqtisadi çətinlik var: “Bu da müvəqqəti haldır, biz bundan çıxacağıq, yaxın zamanlarda da bunun şahidi olacaqsınız”.