DSMF-nin İctimaiyyətlə əlaqələr sektoruna istinadən məlumata görə, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər müzakirə olunub.
Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra Dövlət Sosial Müdafiə Fondunun sədrinin müvafiq əmrləri ilə Şuranın və onun katibliyinin tərkibi təsdiq edilib.
İclasda şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün meyarların müəyyən olunması, şuranın katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada müraciət etməsi üçün texniki imkanların daha da genişləndirilməsi qərara alınıb.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə Fondun məsul əməkdaşları daxildir.