Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü başlayıb
19 fevral, 2016 11:23
Sayca beçinci olan görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixail Canelidze iştirak edirlər.
Nazirlər üçtərəfli formatda əməkdaşlığın genişləndirilməsi, regionla məsələləri müzakirə edəcəklər.
Görüşün sonunda birgə Bəyannamə imzalanacaq.
Üçtərəfli görüşdən sonra XİN rəhbərləri Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə də tanış olacaqlar.