“Lokomotiv Moskva” Putin köynəyi geyinən futbolçuya klub tarixinin ən ağır cəzasını verdi
19 fevral, 2016 11:22
Klub Dmitri Tarasova bu hərəkətinə görə 300 min avro cəza verib.
Bundan başqa fevral ayında alacağı bonuslar da ləğv edilib. Həmçinin, UEFA tərəfindən “Lokomotiv Moskva” klubuna veriləcək hər hansı pul cəzasını da Tarasovun ödəyəcəyi haqqında qərar çıxarılıb. Bütün bu cəzalar klub tarixində bir futbolçuya verilən ən ağır cəza kimi qiymətləndirilib.
Qeyd edək ki, UEFA bayrağı altında keçirilən futbol oyunlarında siyasi, dini və reklam məqsədli əşyaların istifadəsi qadağandır.