Xəbərlər

Beynəlxalq Gimnastika Federasiyası: "Yarışları Azərbaycan səviyyəsində qəbul edə bilən az ölkə var"
19 fevral, 2016 11:21

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin prezidentiNelli Kim deyib.

O, Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna hazırlığın gedişindən razı qaldığını deyib:

 “Hesab edirəm ki, Azərbaycan hazırlıq baxımından gözləniləndən çox şey etdi. 

Yarış zalı çox gözəldir, alətlər yaxşıdır. Məşq zalı ilə hələ tanış olmasam da, əminəm ki, orada da hər şey yaxşıdır”.

N.Kim ümid etdiyini bildirib ki, Milli Gimnastika Arenasının tribunaları dolacaq: 

“Daha çox gənclərin, xüsusilə uşaqların olmasını istərdik”.

O, qeyd edib ki, FIG Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya kuboklarını keçirmək hüququ əldə edəcək ölkələri müəyyənləşdirəcək: 

“Hesab edirəm ki, təsnifat yarışlarını keçirmək üçün Bakıdakı şərait çox yaxşıdır. Dünyada yarışları Azərbaycan səviyyəsində keçirə bilən az ölkə var.

 Böyük yarışların keçirilməsi üçün zalda taxta meydançanın olması zəruridir. Belə meydançalar yalnız ABŞ, Qətər və Yaponiyada var”.

N.Kim əlavə edib ki, zalda hakimlərin yerləri uğurla seçilib: 

“Burada qiymət vermək üçün yaxşı texnika var, həmçinin videoyazı və videotəkrar sistemləri mövcuddur”.

O, Azərbaycanda gimnastikanın inkişafını yüksək qiymətləndirib: 

“Burada gənc, yaxşı kollektiv var, Azərbaycan Gimnastika Federasiyası çox yaxşı işləyir. İdman gimnastikası sürətli templə inkişaf edir, müasir avadanlıqları olan yeni zallar açılır. 

Əgər işlər belə templə davam etsə, nəticə göz qabağında olacaq.

 İstedadları tapmaq üçün kütləvilik lazımdır və hesab edirəm ki, uşaq gimnastikası ümumtəhsil proqramına daxil edilməlidir ki, birinci siniflərdən istedadlı uşaqları aşkar etmək mümkün olsun”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.