Almaniya yığmasının türk əsilli futbolçusu “Borussiya”dan ayrılır
18 fevral, 2016 15:26
26 yaşlı yarımmüdafiəçi klubunu dəyişməyi məqsədəuyğun bilib.
Almaniya yığmasının üzvü bununla bağlı klub rəhbərliyini də artıq məlumatlandırıb.
Türkiyə əsilli futbolçu yeni müqavilə təklifini qəbul etməyib və mövsümün sonunda komandasını dəyişmək fikrində olduğunu söyləyib.
Dortmund təmsilçisi də yayda onu satmaq məcburiyyətində qalacağını artıq dərk edir.
Əks təqdirdə, futbolçu daha bir il qalıb, başqa kluba pulsuz keçəcək. Almanlar İlkayın transfer qiymətinin 30 milyon avro olduğunu bəyan ediblər.
Qeyd edək ki, İlkay Gündoğan “Bavariya” və “Liverpul”un maraq dairəsindədi.