“CinemaPlus”da “Nümunəvi erkək 2” komediya filmi
18 fevral, 2016 15:25
“Paramount Pictures”şirkəti, “Nümunəvi erkək 2” filminin treylerinin rekord vurduğunu və bütün zamanların ən məşhur komediya treyleri olduğunu elan edib.
Filmdə ulduzların sayı həddindən artıq çoxdur. Rejissor, ssenarist və baş rolu oynayan – Ben Stiller, həmçinin təqdimata ehtiyacı olmayan Ouen Uilson, Penelopa Krus, Kristen Uiq və Uill Ferrel. Dizaynerlər Tom Ford, Tommi Hilfiger, Karl Lagerfeld, Viktoriya Bekhem və supermodellər Haydi Klum və Klaudiya Şiffer. Ben Stiller mügənni və Calvin Klein Jeans-ın siması Castin Biberi də filmdə oynamağa dəvət edib.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, “28-mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.