Təqdimat mərasimində Avropa İttifaqı, Almaniya, Avstriya, Argentina, İtaliya, İsrail, Niderland, Norveç, İsveçrə, İspaniya və Bolqarıstanın Bakıdakı səfirləri və müvəqqəti işlər vəkilləri iştirak edib.
Həmçinin, Polşa, Portuqaliya, Əfqanıstan, Belçika, Xorvatiya, Misir, Gürcüstan, İordaniya, Qırğızıstan, Latviya, Moldova, Meksika, Pakistan, Rumınya, Rusiya,Səudiyyə Ərəbistanın səfirləri və diplomatları mərasimə qatılıb.
Mart ayının 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunda xarici ölkələri rəhbərlərinin iştirakı, Forumun əhəmiyyəti və gündəliyinə dair məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, IV Qlobal Bakı Forumunda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-dən çox nümayəndənin iştirakı gözlənilir.