Xəbərlər

Musiqili Teatrda həftəsonu 6 tamaşa oynanılacaq
17 fevral, 2016 13:59

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Gün.Az-a bildirib ki, həftəsonu 3 gün ərzində 6 tamaşa təqdim olunacaq.

Bunlar 19, 20, 21 fevral tarixlərində saat 12.00, 14.00 və 19.00-da göstəriləcək “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Bir dayan, canavar!”  (R. Ağayeva, A. Xayt,  A. Kurlyanski) tamaşalarıdır. 

Dövlət Musiqili Teatrı bu həftəsonu da həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 19 fevral saat 19.00-da J.B. Molyerin “Skapenin kələkləri”  əsəri böyüklər üçün, 21 fevral saat 12.00 və 14.00-da isə R. Ağayeva, A. Xayt,  A. Kurlyanskinin “Bir dayan, canavar!” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. 

Balacalar həmçinin 20 fevral saat 12.00-da O. Zülfüqarov, R. Heydər “Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Boris Qrafkin, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Yuliya Heydərova, Rauf Babayev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Marina Litvinenko, Fərid Rzayev, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Güldanə Əzimova, Elməddin Dadaşov, Aydan Həsənova, Elxan İsmayılov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. 

Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.