Mövlud Çavuşoğlu duman səbəbindən Tbilisiyə uça bilməyib
17 fevral, 2016 13:56
RİA-Novosti-yə istinadən xəbər verir ki, təxirə salınmış uçuşlar arasında İstanbuldan Gürcüstana uçacaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da reysi var.
Tbilisi aeroportundan bildiriblər ki, bəzi hallarda qonşu Azərbaycan və Ermənistanın aviaşirkətlərindən istifadə ediblər.
Kiyevdən də reyslər təxirə salınıb, Moskvadan reys isə gecikmə ilə yerinə yetirilib.
Türkiyənin səfiri Zəki Gumrukçu bildirib ki, İstanbuldan Tbilisiyə Çavuşoğlu uçmalı imiş, amma hava şəraitinə görə reys yerinə yetirilməyib.