Azərbaycanda oynamış futbolçunun adı oyun alqı-satqısında
16 fevral, 2016 13:35
Açıqlamada "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbonun danışılmış oyunda iştirak etdiyi vurğulanıb. Karqbo sinqapurlu Uilson Ray Perumalla anlaşaraq iki komanda yoldaşına oyun satmaları üçün 25 min avro təklif edib. Lakin "Villem" - "Utrext" matçı əvvəlcədən nəzərdə tutulduğu hesabla başa çatmadığı üçün oyunçulara təklif edilən pul ödənilməyib.
Qeyd edək ki, Hollandiya Futbol Federasiyası məsələ ilə bağlı UEFA və FİFA-ya hesabat təqdim edəcəklərini açıqlayıb. Lakin federasiya syerra-leoneli İbrahim Karqbonun Hollandiya vətəndaşı olmadığı üçün onunla bağlı hər hansı tədbir görməyəcəklərini bəyan edib. Bununla belə, Karqbonun gələcəkdə Hollandiyada futbol oynamasının və məşqçilik etməsinin mümkünsüz olduğu vurğulanıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı