Xəbərlər

Gülrux Əlibəyli vəfat etdi
16 fevral, 2016 13:34

Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. O, Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Müdafiə etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlayıb. Gülrux Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. O, nazirlikdə işlədiyi dövrdə milli mədəniyyətimizin inkişafına töhfələr verib, sənətə yeni başlayan Müslüm Maqomayev və bir çox başqalarına dəstək olub, yaradıcılıq sahəsində çalışanların maaşlarının artırılmasına nail olub.

1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri" jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.

Gülrux Əlibəyli "Axtarışlar, tapıntılar", "Daim yolda", "Düşünən dünyamız", " Cırpınan Dünyamız", " Dəyiş Dünyamız", " Dağılan Dünyamız" kimi 20 kitabın müəllifidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.