“Nizami” Kino Mərkəzinə yeni direktor təyin olundu
16 fevral, 2016 13:34
Nazirlikdən Gün.Az-a verilən məlumata əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva “Nizami”nin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. O, müxtəlif dövrlər ərzində “Kainat” Gənclik Mərkəzinə layihələr üzrə koordinator, “Nizami” Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.