Xəbərlər

Fevralın 17-də Bakıda yağış olacaq
16 fevral, 2016 13:33
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq.
 
Gündüz mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti,  Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam isə yağıntılı olacağı gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 17-də Abşeron yarımadasında atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.