Futzal millimiz dünya reytinqində “TOP 10”a yaxınlaşdı
15 fevral, 2016 17:26
Futzal üzrə Avropa çempionatının başa çatdıqdan sonra milli komandaların siyahısında da bəzi dəyişikliklər olub.
¼ final mərhələsinə qədər irəliləyən Azərbaycan yığması mövqeyini 1 pillə daha möhkəmləndirərək 11-ci yerə yüksəlib.
Qeyd edək ki, siyahıya son Avropa çempionu İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya üçüncü pillədə yer alıb.