SOCAR Daxili Təqaüd müsabiqəsinə start verib
15 fevral, 2016 17:23
Müsabiqə 2015-2016-cı tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında keçirilir.
Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir. Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.
Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada 7 mart 2016-cı il tarixə qədər davam edəcək.