Türkiyə klubu “Qəbələ”nin futbolçusuna təzminat ödəyəcək
12 fevral, 2016 13:37
apasport.az-a istinadən xəbər verir ki, köhnə klubundan təzminat tələb edən hücumçunun iddiası FİFA tərəfindən təmin olunub.
Qərara əsasən bosniyalı futbolçunun 2015-ci ilin mart, aprel və may aylarındakı maaşı klub tərəfindən ödəniləcək.
Bundan əlavə Türkiyə təmsilçisi oyunçu ilə müqaviləni vaxtından əvvəl pozduğu üçün əlavə təzminat da ödəyəcək.
Qeyd edək ki, Ermin Zets 2015-ci ildə qısa müddət “Balıkesirspor”un şərəfini qoruyub. 16 oyunda meydana çıxan hücumçu 7 qol vurub.