Tanınmış futbolçu pedofiliyada ittiham olunur
12 fevral, 2016 13:36
Lenta.ru-ya istinadən xəbər verir ki, futbol üzrə İngiltərə yığmasının və “Sanderlend”komandasının üzvü Adam Conson 15 yaşlı qızla cinsi əlaqə ittihamına görə məhkəmə prosesinin davam edəcəyi iki həftə ərzində futboldan kənarlaşdırılıb.
15 yaşlı qızla münasibətləri üzə çıxan A.Consona qarşı pedofiliya ittihamı ilə iş qaldırılıb.
İttiham sübuta yetirilərsə, o halda futbolçunu 2,5 ilə qədər həbs cəzası gözləyir.
“Sanderlend” klubu A.Consonun cinayətinin sübut ediləcəyi təqdirdə onunla əməkdaşlı davam etdirib-etdirməməklə bağlı mövqe bildirməyib.
A.Consonun özü yetkinlik yaşına çatmayan qızla əlaqəsini etiraf edib.