14 fevralda gənclər üçün "Oyun"
12 fevral, 2016 13:35
Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında, yeni quruluşda iki nəfərlik “Oyun” tamaşası ailə melodramıdır.
Səhnə əsərində ailədaxili problemlər, qadın-kişi münasibətləri, maddi və mənəvi problemlər önə çəkilib. Bütün bu problemlərin fonunda bir sevgi hekayəsi öz əksini tapıb.
Tamaşanın rejissoru Könül Şahbazovadır. Rolları Könül Şahbazova və Niyaz Qasımov ifa edirlər.
Tamaşa fevralın 14-də saat 15:00-da Bakı Uşaq Teatrının yerləşdiyi ünvanda - Qaraçuxur qəsəbəsi, Q. Abbasov adına Mədəniyyət Sarayında oynanılacaq.