Oqtay Əsədov bələdiyyələr haqqında: “Gərək onların özündə də bir hərəkət olsun”
12 fevral, 2016 13:33
Spiker sual edib ki, “necə olur ki, 10 bələdiyyə yaxşı işləyir, amma qalanları işləmir?”.
“Mən də başa düşürəm ki, onlara dəstək lazımdır. Amma gərək onların özündə də bir hərəkət olsun”.
O.Əsədov bu məsələdə parlamentin də az məsuliyyət daşımadığını bildirib:
“Biz qanunları qəbul edirik. Amma qanunların icrasını normal təmin edə bilmişikmi? Bizim bir işimiz də odur ki, qanunların icrasına da nəzarət edək. Bələdiyyə üzvləri də aktiv olmalıdır. Milli Məclisə, komitə iclaslarına gəlməlidirlər, təkliflər verməlidirlər”.