Böyük dövlətlər Suriyada atəşkəs razılığına gəliblər
12 fevral, 2016 13:32
ABŞdövlət katibi Con Kerri Almaniyanın Münhen şəhərində təşkil olunan Suriya ilə bağlı toplantıda tərəflərin bir həftə müddətinə atəşkəsə əməl etmək barədə razılığa gəldiklərini bəyan edib.
C.Kerri bu çərçivədə ilk işinhumanitar yardımların həcmini artırmaq və onların lazımi ərazilərə vaxtında çatdırılmasını təmin etmək olduğunu deyib:
“Daha sonra isə daxili toqquşmaları dayandırıb, bir həftəlik atəşkəsi daha da dərinləşdirməklə bağlı razılığA gəldik.
Bu, iddialı görünə bilər, ancaq hər kəsbu məqsədə yetişmək üçün mümkün qədər operativ davranmaq məsələsində qərarlıdır.
Qarşıdakı günlərdə daha qəti addımların atılması lazımdır”.