Ərəblər “Məkkə” şəhərində asılan Neymar afişalarına etiraz ediblər
12 fevral, 2016 13:32
Məkkə şəhərində “McDonalds” restoranları yeni kampaniyaya başlayıb.
“BigMacWalk” haştaqı adı altında keçirilən kampaniyada iştirak edənlərə “Barselona”nın ulduzu Neymarla görüşmək fürsəti verir.
Şəhərin müxtəlif yerlərində asılan bu afişalar mübahisəyə səbəb olub. Ərəb din alimləri “xristian futbolçunun afişaları şəhərin müqəddəsliyinə uyğun gəlmir” dedikdən sonra afişalar götürülüb.