“Azəryolservis”in mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci il ərzində I Avropa Oyunlarının yol şəbəkəsinə daxil olan Bakı Dairəvi-I avtomobil yolunda 6 min ədəd, Zığ dairəsi – Hava Limanı avtomobil yolunda 9 min ədəd, Heydər Əliyev və Babək prospektləri, Yusif Səfərov küçəsindəki yol qovşaqlarının ərazilərində, “Qələbə” kinoteatrı qarşısındakı meydanda və İnşaatçılar prospektində (“Statistika dairəsində”) 2 min ədəd kol bitkisi, 6 min ədəd gül kolu və 12 min kvadratmetr qazon otu əkilib.
Bu yaşıllıq sahələrinə su xətləri çəkilərək, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.
2015-ci il ərzində respublika üzrə 74 min 630 ədəd ağac, ümumilikdə 424,8 hektar ərazidə 254 min 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 92 min 300 ədəd ağac və kol bitkisi, o cümlədən 895 min 625 ədəd çoxillik ağac mövcuddur.