Xəbərlər

“Əhməd Kadırov Fondu” qara siyahıya salınıb
11 fevral, 2016 13:49

RBK-ya istinadən xəbər verir ki, “Transparency International” təşkilatı “Unmask the corrupt” (“Korrupsioneri ifşa et”) kampaniyası çərçivəsində növbəti qlobal korrupsiya siyahısını ictimai səsvermənin nəticələrinə əsasən, müəyyənləşdirib.

Siyahıya şirkətlər, fərdlər, siyasi sistemlər və ictimai təşkilatlar daxil edilib. Ümumiyyətlə isə təsnifat doqquz istiqamət üzrə aparılıb.

Təşkilatın ötən gün açıqlanmış qlobal korrupsiya siyahısına Çeçenistan prezidenti Ramzan Kadırovun atasının adına olan “Əhməd Kadırov Fondu” (194 səs) da salınıb.

“Korrupsioneri ifşa et” kampaniyasının müəllifləri təsdiq edirlər ki, “Əhməd Kadırov Fondu” hər ay Çeçenistan əhalisindən 60 milyon dollar yığır.

“Transparency International” təşkilatında bu vəsaitlərin “Hollivud ulduzlarını əyləndirməyə və onlara bahalı hədiyyələr verməyə” sərf olunduğuna şübhə etmirlər.

“Əhməd Kadırov Fondunun” qara siyahıya salınmasını şərh edən “Transparency International - Rusiya” təşkilatının rəhbəri Anton Pominov bildirib ki, burada əsas məqsəd R.Kadırovun əməllərinə dair məlumatları daha geniş miqyasda yaymaqdır:

“Onun reputasiyası əməllərinə uyğun olmalıdır”.

2015-ci il mayın sonlarında Mixail Xodorkovskinin “Açıq Rusiya” təşkilatını “Əhməd Kadırov Fondu” haqqında film yayımlayıb.

Filmin müəllifləri söndürülmüş kameralar qarşısında düşdükləri vəziyyətdən danışan yerli sakinlərə istinadən regiondakı həmin Fond üçün işləyən “bac” sistemindən bəhs ediblər.

Onların sözlərinə görə, Fonda aylıq ödənişin həcmi Çeçenistan sakininin statusundan asılıdır.

Məsələn, filmdə bildirilir ki, büdcə təşkilatlarında çalışanlar maaşlarının 10 faizini Fonda verməli olurlar.

Bu mənada ən ağır vəziyyətdə biznesmenlərdir – onlar gəlirlərinin tən yarısını Fonda keçirmək məcburiyyətindədirlər.

Bundan başqa, Ukraynanı keçmiş prezidenti Viktor Yanukoviç, FİFA, Braziliya Dövlət Neft Şirkəti “Petrobras”, Tunisin sabiq prezidenti Ben Əli, ABŞ-ın Delaver ştatı, Livanın siyasi sistemi, Panamanın sabiq rəhbəri Rikardo Martinelli, Dominikanlı senator Feliks Bautista və digərləri də siyahıya daxil ediliblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.