Azərbaycan “Stadler Minsk” müəssisəsindən daha 5 ədəd elektrik qatarı ala bilər
11 fevral, 2016 13:48
“belta.by” saytı bu barədə İsveçrənin “Stadler Rail Group” şirkətinin rəhbəri və İdarə Heyətinin sədri Peter Şpulerə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilə 5 qatarın alınmasını nəzərdə tutur.
O, deyib ki, onlardan üçü artıq göndərilib, 2 qatar isə göndərilmək üzrədir.
Şirkət rəhbəri həmçinin qeyd edib ki, daha 5 qatarın Azərbaycana satılma ehtimalı var.