Prezident Gəncədə yol tikintisinə 12 milyon manat ayırıb
10 fevral, 2016 14:11
AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamda qeyd olunur ki, Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.