Tyeri Anri “Arsenal”da işə başladı
10 fevral, 2016 14:10
Uzun illər “Arsenal” üçün tər tökən əfsanəvi futbolçu bu dəfə “Arsenal”a məşqçi kimi qayıdıb.
Anri “Arsenal”ın 19 yaşadək futbolçulardan ibarət komandasına baş məşqçisi təyin edilib.
Məlumat üçün bildirək ki, 38 yaşlı Anri "Arsenal"dan başqa "Monako", "Yuventus" və "Barselona" kimi klublarda çıxış edib. O, “Barselona”dan ayrılaraq ABŞ-a köçmüş və orada "Nyu York Red Bulls" klubunun formasını geyinmişdi.