Xəbərlər

“Baddi ayısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
10 fevral, 2016 14:08

Tədbirdə Almaniyanın Bakıdakı səfiri xanım Haydrun Tempel çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Baddi ayısı Berlin şəhərinin rəmzidir və hazırda dünyanın bir çox ölkələrində orijinal sənət əsəri kimi nümayiş olunur. Bunun Bakıda da həyata keçirilməsi planlaşdırılır. 

Müsabiqənin keçən il noyabrın 5-də başlandığını diqqətə çatdıran səfir qeyd edib ki, layihəyə ümumilikdə 35 tələbənin əl işi təqdim olunub. Bildirilib ki, həmin rəsm əsərləri arasından üç tələbənin əl işi münsiflər tərəfindən seçilib.

Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bu layihənin həyata keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa daha böyük töhfə verəcəyini deyib. Layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirən Ö.Eldarov qalibləri təbrik edib, uğurlar arzulayıb.

Daha sonra H.Tempel qaliblərin adlarını açıqlayıb. Birinci yerə Rəssamlıq Akademiyasının tələbəsi Gülər Haşımovanın əl işi layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Nərmin Hümbətova və Fatimə İmanova tutublar.

Müsabiqədə qalib gələn rəssam hündürlüyü 2 metr, uzunluğu 120 santimetr, eni 80 santimetr və çəkisi 50 kiloqram olan Baddi ayısını rəngləyəcək. Rənglənmiş heykəlin Bakıda “ISR Plaza”nın önündə qoyulması nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.