Xəbərlər

Kolumbun yolu azıb Amerikanı özü də bilmədən kəşf etməsində Azərbaycan elminin nə rolu ola bilər?
10 fevral, 2016 14:07
Bilməyənlər üçün xatırladaq ki, Azərbaycan məktəblilərinə tarix dərsində öyrədirlər ki, Nəsirəddin Tusi Amerikanın kəşfindən hələ 200 il əvvəl riyazi hesablamalarla Amerikanın olduğunu deyib. 
 
Kolumbun müəllimi Toskanelli isə Nəsirəddin Tusinin əsərləri ilə tanış olub və əlbəttə ki, Tusidən oxuduqlarını ona da öyrədib. Bunun əsasında bizim tarixçilər deyir ki, Amerikanın kəşfində Azərbaycan elminin böyük rolu olub.
 
Düzünü deyək ki, Tusinin riyazi hesablamalarına heç bir şübhəmiz yoxdur. Bizdə şübhə yaradan tarixçilərimizin hansı əsaslarla Toskanellinin Kolumba nəyi öyrədib, nəyi öyrətmədiyini dünyanın hər hansı bir arxivində olan sənədinə istinadən etmədən, dünyada hər hansı bir aparıcı akademiyanın bunu təsdiq etmədən son həqiqət instansiyası kimi iddia edib, məktəb dərsliklərinə salmalarıdır.
 
Bu məsələni işıqlandırdıqdan sonra Gün.Az-a açıqlama verən tarixçi Məhərrəm Zülfüqarlı bəzi tarixçilərimiz arzu etdiklərini reallıq kimi verdiklərini dedi:
 
“Yəni tutaq ki, orda yazılanlar hansısa bir tarixçinin fikridir. Ancaq bu hələ müzakirə, müəyyən elmi araşdırmalar tələb edir. Belə bir yazı yalnız ehtimaldır, hansısa tədqiqatçının fikridir, onu dərhal dərsliyə salmaq düzgün deyil. Çünki bu hələ dünya elmi tərəfindən tanınmayıb”, - M.Zülfüqarlı deyib.  
 
Millət vəkili Fazil Mustafa isə bunu yazan tarixçiləri sərt tənqid edərək “Sabah biri də götürüb “Amerikanın kəşfində AMEA-nın tarixçilərdən ibarət ekspedisiyasının rolu” mövzusunda dissertasiya müdafiə edəcək”, deyib.
 
Düşünürdük ki, belə bir yanlışlığa görə tarix institutundan “üzr istəyirik, texniki səhv olub, düzəldərik” açıqlaması veriləcək. Bunun əvəzinə isə institut əməkdaşları Gün.Az-ı, sonradan isə ümumilikdə jurnalistikanı təhqir etmək yolunu tutdular. Heç bir arqument gətirmədən, “əgər yazmışıqsa, deməli əsas var” arqumenti ilə çıxış edən tarixçilər bir dənə də olsun bunu sübut edəcək arxiv sənədinin nömrəsini, dünyanın aparıcı akademiyalarının bunu təsdiq etdiyini göstərmədilər.
 
M.Zülfüqarlı bunun yolverilməz olduğunu bildirərək, xatırladıb ki, Azıx mağarasında alt çənə sümüyü tapılmışdı, o vaxt Moskva bunu adi bir tarixi nümunə kimi qəbul etdi, Fransa arxeologiya mərkəzi müzakirə aparıb, onu analiz edib təsdiqləyəndən və dünya elmi qəbul edəndən sonra biz başladıq onu yazmağa.
 
“Dünya tanımalıdır, yoxsa özümüz özümüzü tərifləməklə dərslik yazmaq düzgün deyil”, - o, deyib.
 
Səhvi düzəltmək əvəzinə onu malalamaq cəhdi bizə siyasətçilərdən birinin keçmiş millət vəkili Nazim İmanovun parlamentlə bağlı xatirələrindən danışdığını yadımıza saldı.
 
Deməli, məsələ iyunun 15-nin Qurtuluş Günü kimi qeyd olunmasına dair Milli Məclisin qərarı ətrafında baş verib.
 
Qanun layihəsi hazır olduqdan sonra onu prezident Heydər Əliyevə göstərmək qərarına gəlirlər. Həmin sənəddə də “Geniş xalq hərəkatı dalğası” ifadəsində “dalğa” sözündə “ğ” hərfinin yerinə təsadüfən “b” hərfi düşüb və ifadə olub “geniş xalq hərəkatı dalbası”.
 
Mərhum Heydər Əliyev bunun nə söz olduğunu layihəni ona gətirən millət vəkillərindən, komitə sədrlərindən soruşduqda, onlar bunun səhvən belə yazıldığını etiraf etmək əvəzinə, başlayıblar Heydər Əliyevi inandırmağa ki, dalba qədim türk sözüdür və daha geniş deməkdir. Yəni ki, daha geniş xalq hərəkatı.
 
Məlum məsələdir ki, belə boş söz toplusu ilə tükü-tükdən seçən Heydər Əliyevi aldatmaq mümkün deyildi.
 
Onların danışdıqları söz toplusuna qulaq asdıqdan sonra Heydər Əliyev filoloq kimi Nizami Xudiyevdən soruşub və o da izah edib ki, “cənab prezident, mətni kompyuterdə toplayan xanım səhv edib və o söz dalğadır”.
 
İndi də deməyimiz odur ki, istənilən bir iş səhvsiz olmur və heç kəsin də dediyi Quran ayəsi deyil ki, buna digərləri heç bir şübhə etmədən yanaşsınlar. Səhvi etiraf edib, onu düzəltmək də özü bir böyüklük, ziyalılıq əlamətidir.
 
Ən əsası, ay hörmətli tarixçilər!
 
Bütün dünya bilir ki, Xristofor Kolumb Amerikanı kəşf etmək üçün səyahətə çıxmayıb. Onun məqsədi Hindistan tərəfdən yeni ticarət yollarının axtarılması olub ki, o regiondan qızılları, var dövləti, ərzağı daşımaq üçün daha asan dəniz yolları tapılsın. Yolu səhv saldığından Amerikaya gedib çıxıb. Həyatının sonuna qədər Kolumb Hindistana getdyini düşünüb və hətta özü də bilməyib ki, yeni materik kəşf edib.  
 
Bu yazdığımız dünyanın bütün tarixçiləri tərəfindən qəbul edilən faktdır və bütün mənbələr bunu deyir.
 
İndi siz deyin, Kolumbun yolunu azıb Amerikaya getməsində və təsadüf bir hadisənin özü də bilmədən baş verməsində Azərbaycan elminin nə rolu ola bilər?  
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.