Coğrafiya İnstitutu: "İqlim dəyişmələri nəticəsində Azərbaycanda isti qurşaqların sahəsi genişlənəcək"
10 fevral, 2016 14:07
Bu, proqnoz təxminən 2050-2070-ci illər aralığına hesablanıb.
Gün.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
O qeyd edib ki, iqlim dəyişmələri Azərbaycanda meşələrin sahələrinin azalmasına da təsir göstərəcək:
“Eyni zamanda, iqlim dəyişmələri bəzi orta və alçaq dağlıq zonada dəmyə əkinçiliyinin sahəsinin azalmasına gətirib çıxaracaq”.