Ərdoğan təcili müşavirə çağırıb
10 fevral, 2016 14:06
Türkiyə KİV-ə istinadən xəbər verir ki, müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, DİN rəhbəri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.
Qeyd edək ki, toplantı prezidentin gündəlik iş planına daxil edilmədiyindən baş nazir Əhməd Davudoğlu Niderlanda səfərini təxirə salıb.