Xəbərlər

Millət vəkili: “Bu problem kənd sakinlərinə ciddi zərər vurur”
10 fevral, 2016 14:05
Qənirə Paşayeva Tovuzda təşkil olunmuş tədbirdə sakinləri narahat edən problemləri qaldıraraq onların həllinə dəstək göstərilməsini nazirdən və hökumətdən xahiş edib, təkliflər irəli sürüb.  
 
Millət vəkili Q.Paşayeva Tovuzda kənd təsərrüfatı naziri H.Əsədovun iştirakı ilə fermerlerin, sahibkarların, kənd sakinlərinin iştirakı ilə keçirilən toplantıda kənd təsərrüfatı ilə bağlı sakinlərin üzləşdiyi ən vacib problemlərdən danışıb və onların həlli istiqamətində nazirliyin və hökumətin daha çox dəstək göstərməsini xahiş edib.
 
Rayon ica hakimiyyəti başçısı Tofiq Zeynalovun geniş məruzəsindən və Kənd Təsərrüfatı naziri H.Əsədovun görülən işlər və həllini gözləyən problemlərlə bağlı yaxın zamanlarda atılacaq addımlarla bağlı ətraflı çıxışından sonra çıxış edən Q.Paşayeva bildirib ki, ən böyük kənd təsərrüfat rayonlarından biri olan Tovuzda kənd təsərrüfatına özünün mənfi təsirini göstərən ən böyük problemlərdən biri əkin sahələrinin suvarılması ilə bağlıdır:
 
“Maydan başlayaraq sentyabra qədər insanlarımız əkin sahələrinin suvarılmasından ciddi əziyyət çəkir. Bunun nəticəsində bir sıra əkinə yararlı torpaqlar əkilmir, əkilən sahələrdə isə məhsuldarlığa bu problem ciddi təsir edir. Bir sıra sakinlərdə bu torpağı əkməyə meyilliyi də azaldır”.
 
Millət vəkili bildirib ki, Kür çayına yaxın ərazilərdə çayın suyundan istifadə edərək əkin sahələrinə su verilməsi mexanizmlərinin tapılması, bəzi yerlərdə su anbarları, artezianlarla problemin həllini tapması çox vacibdir.Artezian quyularında elektrik enerjisi ödəmələri ilə bağlı problemlər barədə də danışan millət vəkili bu istiqamətində sakinlərə dəstək mexanizmlərinin artmasına böyük ehtiyac olduğunu deyib.
 
Q.Paşayeva digər vacib məsələ kartofçuluq rayonu olan Tovuzda toxumçuluqla bağlı ciddi problemlərdən də danışıb. O, bildirib ki, ölkəyə daxil olan toxumların keyfiyyətinə ciddi nəzarət mezanizmləri ilə yanaşı insanlarımızın bu istiqamətdə səhv etməməsi və ya keyfiyyətsiz toxum satanların tələsinə düşməməsi üçün geniş maarifləndirilməsinə ciddi ehtiyac var.
 
Deputat bununla yanaşı toxumçuluğun ölkəmizdə və Tovuzda inkişafı ən vacib məsələlərdən biri olduğunu da vurğulayıb:
 
“Çünki keyfiyyətsiz toxumlar olduğu zaman bu ya məhsulun olmamasına və ya məhsuldarlığının çox aşağı olması ilə nəticələnir ki, bu da kənd sakinlərinə ciddi zərər vurur”.
 
Bundan başqa kənd təsərrüfatında istifadə olunan dərmanların keyfiyyətinin yüksək olmasının vacibliyi məsələsinə də toxunan millət vəkili yerlərdə kənd təsərrüfatı ilə məşğul olan insanların gübrələr, dərmanlar, toxumlarla və.s-lə bağlı davamlı maarifləndirilməsinin vacibliyindən danışaraq nazirliyin dəstəyi ilə televiziyalarda kənd təsərrüfatı ilə bağlı proqram və sosial roliklərin artmasına böyük ehtiyac olduğunu deyib.
 
Nazirliyin yaratdığı çağri mərkəzi nömrələrinin üzləşdiyi problemlər zamanı müraciət edə bilmələri üçün insanlar arasında daha çox yayılmasına ehtiyac olduğunu deyən Q. Paşayeva bildirib ki, kənd sakinlərinin ən çox üzləşdiyi problemlərdən biri də istehsal etdiyi məhsulun normal qiymətə satılmasıdır.
 
Kənd təsəffüratı mallarının yarmarkalarının sayının daha da artması ilə yanaşı Tovuz sakinlərinin öz məhsullarını mövsüm dövründə Gürcüstan bazarına çıxara bilməsində rahatlığın yaradılmasına və bazarlara çıxışda süni əngəllərin aradan götürülməsinə böyük ehtiyac olduğunu deyən Q.Paşayeva rayonda üzümçülüyün inkişafına, emal müəsisələrinin yaradılmasına da böyük ehtiyac olduğunu deyib.
 
Maldarlıqla bağlı məsələlər barədə də geniş danışan Q.Paşayeva Ağcabədi, İmişli və Bərdə də nazirliyin həyata keçirdiyi pilot layihələrə Ermənistanla böyük ön cəbhə rayonu olan Tovuzun da daxil edilməsini xahiş edib. O, bildirib ki, heyvandaqlıq sahəsində süni mayalandırma üzrə baytar texniklərin yetişdirilməsinə Tovuzdan gənclərin də cəlb edilməsi həm iş yerləri ilə bağlı məsələlərdə həm də heyvandarlığın inkişafında önəmli təkan olardı.
 
Rayonda tikilmiş süd emalı zavodunun fəaliyyət göstərməsinə böyük ehtiyac olduğunu deyən millət vəkili Q. Paşayeva bildirib ki, cənab Prezidentin kənd təsərrüfatının inkişafının ölkəmizin ən böyük prioritetlərdən biri olması, bu sahəyə ciddi dəstək göstəriləcəyi ilə bağlı fikirləri, kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin dəstəyinin artması kənd sakinləri arasında yüksək səviyyədə qiymətləndirilir və o ümid edir ki, sakinlər adından səsləndirdiyi məsələ və təkliflər də qısa zamanda öz həllini tapacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.