Ələsgər Məmmədoğlunun doğum günüdür
09 fevral, 2016 14:13
Ə.Məmmədoğlu 1946-cı il fevralın 9-da Bakıda doğulub.
1975-ci ildə o vaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
Ə.Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir-qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran-43” (Qulamrza) və başqa bədii filmlərdə rol alıb.
2002-ci ildə Ə.Məmmədoğlu əməkdar artisti fəxri adına layiq görülüb.
Qeyd edək ki, Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq ötən ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi.
Sənətkar uzun müddət idi qaraciyər xərçəngindən əziyyət çəkirdi.
Sənətkar ötən il dekabrın 21-də vəfat edib.
Yaşasaydı, 70 yaşı olacaqdı.