Xəbərlər

Reproduktiv sağlamlıq: qanunun dirəndiyi daş – dünyəvi dövlətdə dini arqumentlər
09 fevral, 2016 14:12
Bu dəfə də istisna olmadı. 
 
İllərdir parlamentdə ilişib qalan qanun layihəsi sonunda işıq ucu görünməyən tunelə daxil olmuş kimidir. Bir sıra millət vəkilləri məsələni nə qədər gündəmə gətirsələr də, heç bir xeyri yoxdur.
 
Bilməyənlər üçün deyək ki, reproduktiv sağlamlıq haqqında qanun uzun illərdir övladı olmayan cütlüklərə, təbii yolla hamilə qala bilməyən qadınlara, dölləndirə bilməyən kişilərə yardım məqsədi daşıyır və bütün bu proseslərin süni yolla həyata keçməsini qanuniləşdirir.
 
Qeyd edək ki, analoji qanun layihələri bir çox ölkələrdə uzun illərdir ki, qəbul olunub və həmin ölkələrin səhiyyə ocaqları bu əməliyyatları qanuni şəkildə həyata keçirirlər.
 
Ölkəmizdə də övladı olmadığına görə dağılan ailələrin sayı heç də az deyil. Dağılmasa da illərlə uşaq həsrəti yaşayan ailələr də çoxdur. 
 
İmkanlı şəxslərin ailələrində belə bir problem olduqda, onlar üçün bunun öhdəsindən gəlmək elə də çətin deyil. Xarici ölkələrin klinikalarında bunu həyata keçirirlər. Söhbət xaricə gedib, həmin proseduru keçmək üçün elə də geniş maliyə imkanı olmayan Azərbaycan vətəndaşlarından gedir. Axı niyə qanunu əngəlləyən şəxslər elə öz həmvətənlilərinin belə bir problemlə baş-başa qalmasına razı olurlar? 
 
Dağılan ailələr, nakam valideynlər məgər qanı ilə bizdən olanlardan deyillərmi?
 
Qanun layihəsinin əleyhdarlarının əsas arqumentləri dinə uyğun gəlməməsi, milli mentalitetdir. Konstitusiya quruluşuna görə dini yox, dünyəvi dövlətdə parlamentin dinə istinad edib qanun layihəsini qəbul etməməsi çox qəribə görünür. Milli mentalitet isə ümumiyyətlə, qanun qəbulunda arqument sayıla bilməz.
 
Çox qəribədir ki, ictimaiyyət arasında da müzakirələr zamanı qanun layihəsinin əleyhinə dini arqumentlər gətirilir. Özü də elə adamlar bunu deyir ki, həyatda İslam dini və Allah yalnız kimsə rəhmətə gedəndə onların yadına düşür. Beləsinə təbii sual yaranır ki, İslam araq içməyi, başqasının xanımına göz dikməyi, haram pul qazanmağı da qadağa edib, niyə onlara əməl etmirsən?
 
Mən inanmıram, İslam dini kiminsə uşaqsız qalmasına razı olsun. İnanmıram ki, İslam dini övlada sahib ola bilməmək səbəbindən ailənin dağılmasına razı olsun.
 
Qəribədir ki, qanunun qəbul edilməməsi üçün dünyanın heç bir yerində ağla gəlməyən səbəblər, nədənsə, bizdə ağla gəlir. Məsəl üçün, ola bilər ki, sperma bazasında bir kişinin toxumasını bir neçə qadın üçün istifadə edərlər və sonradan bu kişinin bir-birini tanımayan çoxlu sayda övladları ola bilər və onlar da nə vaxtsa öz aralarında evlənə bilərlər ki, bu da dinə ziddir. Bir cümlədə “ola bilər ki” ifadəsinin çoxluğunu gördünüzmü?
 
Təsadüflük əmsalı 0-a yaxın ola bilən bir şey bu qanunun qəbul edilməsinə mane olur. Bu məntiqin davamını da biz gətirək – ola bilər ki, Azərbaycanda qanun olmamasına görə xaricdəki sperma bazasından istifadə edərlər, sonradan anadan olan uşaq xaricə köçər və həmin bazadan anadan olan başqa bir insanla qarşılaşar və onunla ailə qurar.   
 
Digər problem surroqat ana ilə bağlıdır ki, burada surrotaq analığa razı olan şəxsin, sonradan problem yarada biləcəyi bildirilir. Qanun mükəmməl olduqdan sonra, qanuna nəzarət düzgün təşkil edildikdə, heç kim problem yarada bilməz.
 
Reproduktiv sağlamlıqla bağlı qanun layihəsinin istər parlamentdə, istər parlamentdən kənarda əleyhinə çıxanlar süni mayalanma, donor bazası, surroqat ana ilə bağlı çoxlu sayda arqumentlər gətirirlər ki, bunların da böyük hissəsi donor kimi çıxış edə biləcək adamlarla bağlıdır.
 
Yaxşı, bəs internatdan övladlığa uşaq götürən ailənin, həmin uşağın təbii valideynləri barədə məlumatı olur? Onların, əgər valideynlərdən biri sağdırsa, gələcəkdə həyatda görüşmək ehtimalı nə dərəcədə böyükdür? Görüşdükdən sonra problemlərin yaşanması ehtimalı nə qədərdir?
 
Bunlar hamısı cavabı olmayan suallardır. Elə övladları olmayan, amma süni yolla olsa belə övlad sahibi olmaq istəyən cütlüklərin də hələlik cavabı olmayan bir sualı var – bu tip ailələrin xoşbəxt olmasına niyə mane olursunuz? Humanizm dediyiniz məfhum hanı?
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.