Metropolitenin rəisi metrodakı basabasa görə sərnişinlərdən üzr istəyib
09 fevral, 2016 14:10
Moskva metropoliteninin rəisi Dmitri Peqov ötən gün “Tula” stansiyasında yaranmış basabasa görə sərnişinlərdən üzr istəyib.
Məlumata görə, fevralın 8-də aparılan təmir işlərinə görə “Tula” stansiyasında qatardan düşən sərnişinlərin şəhərə çıxışı məhdudlaşdırılıb.
Bildirilir ki, vestibülün bağlanması stansiyada təmir işləri aparan şirkətin xahişi əsasında olub.
Buna görə sərnişinlərdən üzr istəyən D.Peqov açıqlamasında bunları deyib:
“Deyə bilərəm ki, metropolitendə bu işləri həyata keçirən xidmət rəisləri məsələyə operativ müdaxilə etməyiblər. Buna görə bütün təşkilatı ölçülər götürüləcək ”