Xəbərlər

San Fransiskoda Firəngiz Əlizadənin əsərinin premyerası böyük uğurla keçib
08 fevral, 2016 14:09
Ölkəmizin Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
 
Kvartetin “Gələcək üçün əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.
 
500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.
 
Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyilə ABŞ-ın Sietl şəhərində yaradılan Kronos Kvarteti fəaliyyətini 1978-ci ildən San Fransiskoda davam etdirib və 40 ildən artıq davam edən fəaliyyəti ərzində Polar Musiqi Mükafatı, Averi Fişer Mükafatı, həmçinin musiqi üzrə ən tanınmış mükafatlardan olan Qremmi Mükafatına layiq görülüb.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.