Ərəb Əmirlikləri də Suriyaya qoşun yeritməyə hazırdır
08 fevral, 2016 14:06
lenta.ru-ya istinadən xəbər verir ki, BƏƏ hakimiyyəti İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı yerüstü əməliyyatlarda iştirak üçün Suriyaya hərbi qüvvə göndərməyə hazır olduğunu bildirib.
Məlumata görə, bu mövqe BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş tərəfindən ifadə olunub:
“Biz İŞİD-ə qarşı əməliyyatların zəif tempindən məyusuq”.
Ə.Qarqaş əlavə edib ki, ölkəsi İŞİD-ə qarşı beynəlxalq əməliyyatların yalnız ABŞ-ın egidası altında aparılacağı təqdirdə, Suriyaya qoşun göndərəcək.