Xəbərlər

Rusiya Türkiyə ilə Moskva razılaşmasını ləğv etmək istəyir
08 fevral, 2016 14:06
APA-nın “İzvestiya” nəşrinə istinadən verdiyi xəbərə görə, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov bununla bağlı prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.
 
Müraciətdə Ankara tərəfindən Moskvaya qarşı aqressiv siyasi xətt yeridilməsi əsas gətirilərək müqavilənin ləğvinə dair çağırış yer alıb:
 
“Hazırda Türkiyə tərəfindən aqressiyanın artdığı halda ölkəmiz və müttəfiqlərimiz üçün yararsız olan sənədin hüquqi cəhətdən yenidən nəzərdən keçirilməsi zəruridir. Ankara anlamalıdır ki, münaqişənin bu cür eskalasiyası nə ilə nəticələnə bilər.
 
Yalnız bu, onu yeni təxribatlardan yayındıra bilər. Bununla bağlı Türkiyə hakimiyyətinə xatırlatmaq lazımdır ki, dostluq və qardaşlıq haqqında Moskva razılaşması əbədi deyil”, - deyə müraciətdə qeyd edilir.
 
“Ədalətli Rusiya naminə” partiyasından olan deputatlar da həmkarlarının bu təşəbbüsünü dəstəkləyiblər.
 
Müraciətdə o da qeyd olunur ki, Cənubi Qafqaz respublikalarından ikisi- Gürcüstan və Ermənistan razılaşmanın tələblərini ədalətsiz hesab etdiyi üçün sənədi tanımır: “Ermənistan Moskva razılaşmasının icrasını nəzərdə tutan Qars razılaşmasını tanımır, Gürcüstanın Ali Şurası ilə 2005-ci ildə onu ləğv edib”.
 
Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.