İlham Əliyev Şri-Lankanın prezidentini təbrik edib
05 fevral, 2016 13:16
Azərtac-a istinadən məlumatına görə, təbrikdə deyilir:
"Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".