İki ulduz futbolçu doğum gününü qeyd edir
05 fevral, 2016 13:15
“Real Madrid” və Portuqaliya millisinin ulduzu Ronaldonun 31 yaşı tamam olur.
Karyerası ərzində bir çox mükafatlara sahib çıxan rekordlar qıran ulduz futbolçu 3 dəfə “ilin futbolçusu” ünvanına da sahib olub.
“Mançester Yunayted”dən “Real Madrid”ə 94 milyon avroya transfer olarkən dünyada ən bahalı futbolçu idi.
Bu gün “Real Madrid”in əzəli rəqiblərindən “Barselona”nın futbolçusu Neymar da doğum gününü qeyd edir. Braziliyalı ulduzun 24 yaşı tamam olur.
Gənc yaşlarında braziliyada göstərdiyi möhtəşəm oyunla diqqətləri üzərinə çəkməyi bacaran Neymar 21 yaşında “Barselona”ya transfer olmuşdu. Hər keçən gün oyununu daha da inkişaf etdirən Neymar dünyanın ən yaxşı oyunçularından biri hesab edilir.