İsa Həbibbəyli: "İki institutun birləşdirilməsi məqsədəuyğun addımdır "
05 fevral, 2016 13:13
Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.
O, qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun funksiyaları eyni olub.
Onun sözlərinə görə, həm də Eroziya və Suvarma İnstitutu kiçik bir elmi-tədqiqat qurumu idi:
"Eyni zamanda, bu iki institutun funksiyaları üst-üstə düşürdü”.
Qeyd edək ki, AMEA Rəyasət Heyəti bu iki institutun birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.