Məşhur şirkət 10 min işçisini ixtisara salacaq
05 fevral, 2016 13:12
Türkiyə mətbuatına istinadən xəbər verir ki, neftin qiymətinin aşağı düşməsi şirkətin gəlirlərinin azalmasına səbəb olub.
Şirkət yaşanan böhranla əlaqədar 10 min işçisini ixtisara salacağını açıqlayıb.
“Shell” 2015-ci ildə cəmi 3,8 milyard dollar olduğu halda, bu rəqəm 2014-cü ildə isə 19 milyard dollar olub.
Şirkətin direktoru Ben van Beurden açıqlamasında bildirib ki, xərclərin azaldılması üçün daha bir neçə addım atılacaq.
Məlumat üçün bildirək ki, digər neft nəhəngi “ExxonMobil” şirkəti də xərlərini azaldacağını və son 20 ilin ən az gəlirli ilini keçirən BP şirkəti də 3000 min işçisini ixtisara salacağını açıqlamışdı.