“Radikal”a istinadən xəbər verir ki, 2016 Dünya Velosiped Çempionatının 23 yaşdan aşağı kateqoriyasında yarışan Femke Van Den Driyeşşenin velosipedin pedalına motor yerləşdirdiyi ortaya çıxıb.
Öz yaş kateqoriyasında Avropa çempionluğu da olan Femkenin saxtakarlıq etdiyini Dünya Velosiped Birliyinin (UCİ) rəhbəri Bryan Kukson da təsdiqləyib:
“Gizlədiləsi heç nə yoxdur. Velosipeddə motor tapıldı. Bunun çox ciddi texnoloji dopinq olduğunu hesab edirik”, - deyən Kukson, idmançı haqqında tədbir görüləcəyini söyləyib.
Bununla da Femke Van Den velosipedində motor tapılan ilk idmançı kimi də tarixə düşüb.
Qeyd edək ki, velosipedlərdə motor məsələsi 2010-cu ildən etibarən gündəmə gəlib. 2015-ci ilin yanvarında bu məsələ ilə bağlı yeni qaydalar tətbiq edilib. Belə ki, velosipedində motor tapılan idmançılara ən az 6 ay velosiped yarışlarından uzaqlaşdırma və 20 min – 200 min arası İsveçrə frankı miqdarında pul cəzası nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Femkenin qardaşı Niels de başqa bir dopinq səbəbində cəza alıb. Hazırda onun cəzası dava edir.