Xəbərlər

Musiqili Teatrında “999-cu gecə”: üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm
01 fevral, 2016 12:26
Tamaşanın süjet xəttinin əsasında çəkməçi Marufla onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır. Bu nağıl “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırmaq qərarına gəlib.
 
Səhnə əsərinə gənc və istedadlı rejissor İradə Gözəlova quruluş verəcək. “Öncə onu bildirim ki, “Min bir gecə” nağıllarının əsasında belə bir tamaşa hazırlamaq çoxdankı arzum idi. “999-cu gecə” sırf böyüklər üçün nəzərdə tutulan nağıldı. Düşünürəm ki, böyüklərin də nağıla ehtiyacı var və arada bu ehtiyac da ödənməlidi. Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. 
 
Belə ki, dekorasiya 2 mərtəbəli olacaq və hər mərtəbə də simvolik məna daşıyacaq. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə, xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kacıb və s. təbəqələşəcək. Və bu fonda biz xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı,  böyük bir eşq uğrunda mübarizənin şahidi olacağıq.
 
Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunacaq. Yeri gəlmişkən qeyd edim ki, bu mənim Musiqili Teatrda hazırlayacağım ikinci tamaşadır. Buna qədər mən burada Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” tamaşasını hazırlamışam. Fürsətdən istifadə edib teatrın direktoru, hər zaman gənclərə diqqət və qayğısıyla seçilən Əliqismət Lalayevə bir daha mənə göstərdiyi etimada görə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə İradə Gözəlova söyləyib.
 
Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
 
Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.